KİV: Ermənistanın sabiq müdafiə naziri David Tonoyan tutulub

David Tonoyan

© APA | David Tonoyan

# 29 sentyabr 2021 17:33 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin öz mənbəsinə istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda onun həbs olunması üçün vəsatət veriləcək.

D. Tonoyanın evində axtarış aparıldığı bildirilir.

Hərbi Aviasiya Qüvvələrinin keçmiş rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın evində də axtarış aparıldığı barədə məlumatlar var.

Stepan Qaltsyanın Milli Təhlükəsizlik Xidmətinə aparıldığı qeyd olunub.

Qəzet növbədə digər keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov olduğunu yazır.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sentyabrın 25-də yaydığı açıqlamada bildirilir ki, başlanılmış müvafiq cinayət işi üzrə Hərbi Aviasiya Qüvvələrinin keçmiş rəisi vəzifədən sui-istifadə və xidməti saxtakarlıqda təqdirli bilinərək saxlanılıb.

Məlumatda bildirilirdi ki, o, xidmətdə olarkən 2011-ci ildə silah-sursat ticarəti ilə məşğul olan şirkətlərdən birinin Ermənistana 1985-1991-ci il istehsalı olan yararsız və keyfiyyətsiz raket idxal etməsindən xəbərdar olub.

Yararsız raketlər üçün dövlət büdcəsindən 4.6 milyon dollar vəsait ödənilib, bununla da ölkəyə külli miqdarda ziyan vurulub.

MTX-nin məlumatından sonra bəzi müxalifətçilər yararsız raketlərin silahlanmaya 2018-ci ildə - D. Tonoyan müdafiə naziri olan vaxt qəbul edildiyini bildirib. KİV D. Tonoyanın bu cinayət içi çərçivəsində tutulduğunu yazır.

D. Tonoyan 44 günlük müharibə zamanı Ermənistanın müdafiə naziri olub. O, 2020-ci il noyabrın 20-də istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR