Korrupsiya şübhəli bilinən Moldova Baş prokuroru ev dustaqlığına buraxılıb

Aleksandr Stoyanoqlo

© APA | Aleksandr Stoyanoqlo

# 08 oktyabr 2021 19:55 (UTC +04:00)

Korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Moldova Baş prokuroru Aleksandr Stoyanoqlo ev dustaqlığına buraxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Viktor Qafton bildirib.

Onun sözlərinə görə, prokurorluq Aleksandr Stoyanoqlonun həbs müddətinin 30 gün uzadılmasını istəyib.

"Məhkəmə prokurorların tələbini qismən təmin edib, müvəkkilim 30 gün ev dustaqlığına buraxılıb", - deyə vəkil jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb.

Stoyanoqlo özü həbsini "prezidentin qisası" adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR