Kreml: COVID-ə görə özünü təcrid edən Putin tamamilə sağlamdır

Kreml: COVID-ə görə özünü təcrid edən Putin tamamilə sağlamdır

© APA | Dmitri Peskov

# 14 sentyabr 2021 14:04 (UTC +04:00)

“Özünütəcrid rejiminə keçən Rusiya Prezidenti Vladimir Putin tamamilə sağlamdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin PCR testi verib və nəticəsi neqativ çıxıb.

Kremlin sözçüsü bildirib ki, Prezidentin təmasda olduğu şəxslər arasında koronavirusa yoluxanlar var: “Həkimlər öz işini görür. Bir insanın təmasda olması, müəyyən günlər, müəyyən müddət özünü təcrid etməsi normal praktikadır. Bilirik ki, peyvənd bizi ağır vəziyyətlərdən qoruyacaq, amma yenə də xəstələnmək mümkündür”.

D. Peskov V. Putinin özünü təcrid etməsi səbəbindən onun İran Prezidenti İbrahim Rəisi ilə görüşünün də qeyri-müəyyən müddətə təxirə düşdüyünü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR