Kreml: Lavrov və Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar

Sergey Lavrov, Sergey Şoyqu

© APA | Sergey Lavrov, Sergey Şoyqu

# 27 sentyabr 2021 15:33 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri, ordu generalı Sergey Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, S. Lavrov və S. Şoyqunun Dövlət Dumasına getməyəcəklərini qeyd edib.

Xatırladaq ki, 19 sentyabrda VIII çağırış Dövlət Dumasına keçirilmiş seçkilərdə hakim “Vahid Rusiya” partiyasının siyahısında ilk “beşlik”də S. Lavrov və S. Şoyqu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR