Kreml Moskvada Talibanla danışıqların məqsədini açıqlayıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 20 oktyabr 2021 15:03 (UTC +04:00)

Moskvada Taliban hərəkatı ilə danışıqlar Əfqanıstanda baş verənləri daha yaxşı başa düşmək məqsədi daşıyır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əfqanıstandakı vəziyyət bizim üçün, bizi və müttəfiqlərimizi müxtəlif birliklərdə birləşdirən məkan və ərazi üçün son dərəcə əhəmiyyətlidir. Bilirsiniz ki, bu gün Əfqanıstanla bağlı “Moskva formatı” məsləhətləşmələri keçirilir və bu birbaşa təmaslar hazırkı vəziyyətdə nələrin baş verdiyini, Talibanın niyyətlərini, ana xəttini, orta və uzun müddətli planlarını daha yaxşı anlamağa yönəlib”, - Kremlin sözçüsü vurğulayıb.

O, Talibanın Rusiya və digər dünya dövlətləri tərəfindən de-yure tanınmadığını da xatırladıb.

“Amma Taliban de-fakto Əfqanıstana rəhbərlik edir”, - deyə D. Peskov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR