Kreml Putin-Bayden görüşündə müzakirə olunan məsələləri açıqlayıb

Kreml Putin-Bayden görüşündə müzakirə olunan məsələləri açıqlayıb

© APA | Co Bayden və Vladimir Putin

# 17 iyun 2021 16:41 (UTC +04:00)

Kreml Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında ötən gün Cenevrədə keçirilən görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Bayden görüşündə Suriya, İran, Liviya və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, təmaslar bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, dünən İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ liderləri arasında görüş keçirilib. Kibertəhlükəsizlik, dünyada sabitliyin qorunması, regional münaqişələr və ikitərəfli münasibətlərin müzakirə olunduğu Putin-Bayden görüşü 4,5 saat davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR