Kreml Putin-Bayden görüşünün yerini, tarixini və gündəliyini açıqlayıb

Co Bayden, Vladimir Putin

© APA | Co Bayden, Vladimir Putin

# 25 may 2021 18:06 (UTC +04:00)

“Əldə olunan razılığa əsasən Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə ABŞ Prezidenti Cozef baydenlə danışıqlar aparacaq”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya-ABŞ münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini, strateji sabitlik problemlərini, habelə beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizə və regional münaqişələrin həllində qarşılıqlı əlaqələri müzakirə etmək niyyətindəyik”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR