Kreml: Putin-Əsəd görüşü təhlükəsizliklə bağlı elan olunmayıb

Bəşər Əsəd və Vladimir Putin

© APA | Bəşər Əsəd və Vladimir Putin

# 14 sentyabr 2021 14:11 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezideni Bəşər Əsəd arasında görüş təhlükəsizlik səbəbi ilə bağlı elan olunmayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Müəyyən təhlükəsizlik tədbirləri var ki, onlara riayət olunması lazımdır. Bu, olduqca məlum məsələdir. Bu səbəbdən liderlərin görüşü əvvəlcədən elan olunmamışdı”, - deyə o vurğulayıb.

D. Peskov vurğulayıb ki, Putin-Əsəd danışıqları barədə KİV-ə məlumat Suriya Prezidenti ölkəsinə qayıtdıqdan sonra təqdim olunub.

Qeyd edək ki, Kreml bu gün səhər Moskvada V. Putinlə B. Əsəd arasında sentyabrın 13-də danışıqların baş tutduğu barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR