Kreml: Putin və Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 20 oktyabr 2021 14:14 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu ilin sonuna kimi Putin-Bayden görüşünün bu və ya digər formatda keçirilməsinin real olduğunu söyləyib.

“Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib. Putin və Bayden arasında görüşün perspektivləri ilə bağlı müəyyən anlaşmalar əldə edilib”, - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR