Kreml: Putin və Zelenskinin mümkün görüşünə hazırlıq görülür

Vladimir Zelenski və Vladimir Putin

© APA | Vladimir Zelenski və Vladimir Putin

# 20 may 2021 15:18 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin mümkün görüşünə hazırlıq görülür, lakin bu barədə yekun vaxt demək olmaz.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, hazırda əlaqələrin yaradıldığını vurğulayıb, lakin prosesin asanlıqla irəliləmədiyi diqqətə çatdırıb.

“Həqiqətən müzakirə oluna biləcək mövzuların müəyyən cızma-qaraları da yəqinləşib”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Rusiya tərəfi ilə görüşlə bağlı danışıqların getdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR