Kreml: Rusiyada koronavirusla bağlı kütləvi məhdudiyyətin tətbiqi müzakirə olunmur

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 02 iyul 2021 14:33 (UTC +04:00)

“Rusiyanın bir sıra regionunda koronavirusla bağlı vəziyyət gərgindir. Moskvada isə xəstəliyin səviyyəsi ölkə üzrə ortalamadan üç dəfə yüksəkdir. Səhiyyə sisteminin üzərində böyük yüklənmə var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bununla belə ölkə ərazisində kütləvi qapanmanın tətbiqinin müzakirə olunmadığını söyləyib: “Məhdudiyyətlər barədə prezident də danışdı. Heç kəs heç bir qapanma istəmir. Bu məsələ müzakirə olunmur. Bu məsələnin müzakirə olunmaması üçün də hamımız qısa müddətdə vaksin olunmalıyıq”.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 23 2018 nəfər koronavirusa yoluxub, 679 nəfər bu virusdan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR