Kreml Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 13 iyul 2021 14:10 (UTC +04:00)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub.

APA-nın məlumatına görə, “Mən bu sualı cavabsız qoyuram”, - deyə D. Peskov “Əgər Donbas Kiyevə lazım deyilsə, Rusiya onu öz tərkibinə qəbul etməyə hazırdırmı” sualına cavabında bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münasibətlərinə həsr olunmuş məqalə yazıb.

“Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə Kremlin saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR