Kreml: Tanqo üçün iki nəfər lazımdır, NATO isə tək rəqs edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 19 oktyabr 2021 14:48 (UTC +04:00)

Rusiya NATO-nun Moskvada informasiya bürosunun bağlanmasından zərər görməyəcək.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Moskvada informasiya bürosunun bağlanmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya ilə NATO arasında dialoq olmayıb: ““De fakto” olan vəziyyət sadəcə “de yure” formalaşdırılıb. Münasibətlər və dialoq olmayıb”.

Kremlin sözçüsü NATO-nun Rusiyanı təcrid etmək niyyətini deklare etdiyini və bunu konkret fəaliyyətlərlə gücləndirdiyini qeyd edib: “Rusiya diplomatlarının akkreditasiyasının ləğv olunması isə son damla idi”.

D. Peskov Rusiya-NATO münasibətlərini tanqo rəqsi ilə müqayisə edib: “Biz dəfələrlə demişik ki, tanqonu təklikdə rəqs etmək mümkün deyil və biz bunu etməyə hazırlaşmırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR