Kremlin mətbuat katibi: "İdlib problemi Putin-Ərdoğan danışıqlarının mövzusu olacaq"

Kremlin mətbuat katibi Dmitri Peskov

© APA | Kremlin mətbuat katibi Dmitri Peskov

# 27 sentyabr 2021 01:17 (UTC +04:00)

Suriyanın İdlib bölgəsində terror fəaliyyəti böyük təhlükə yaradır. Bu problem Putin və Ərdoğan danışıqlarının mövzusu olacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

"Təəssüflər olsun ki, həmin ərazilərdə terror aktivliyi davam edir. Bu, qəbuledilməzdir və təhlükəlidir. Bu, Suriyada nizamlanma prosesinə maneə olur. Bütün bunlar, yəqin ki, Putin-Ərdoğan görüşündə gündəmdə olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov İdlibdə vəziyyətin çox gərgin olduğu vaxtda iki prezidentin siyasi iradə göstərdiyini, saatlarla oturub danışıqlar aparmaq potensialını özlərində tapdıqlarını unutmamağa çağırıb: "O zaman İdliblə bağlı razılıq əldə olunmuşdu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR