KTMT ölkələrinin liderləri Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

KTMT ölkələrinin liderləri Əfqanıstandakı vəziyyəti müzakirə edəcək
# 21 avqust 2021 15:00 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderləri avqustun 23-də Əfqanıstandakı vəziyyətlə bağlı videokonfrans keçirəcəklər.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşündə bildirib.

“Əlbəttə ki, xüsusən indi ən aktual məsələlərdən biri Əfqanıstanda inkişaf edən hadisələrlə əlaqədar təhlükəsizlik məsələsidir. Biz videokonfrans rejimində KTMT çərçivəsində toplaşacağıq, sadəcə mövqelərimizi dəqiqləşdirəcəyik”, - deyə V. Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR