Lavrov: “ABŞ Əfqanıstandakı vəziyyətdən dərs çıxarmalıdır”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 27 avqust 2021 16:32 (UTC +04:00)

ABŞ Əfqanıstandakı vəziyyətdən dərs çıxarmalıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Romada italiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Qərbli həmkarlarımız həmişə səyləri birləşdirmək və ortaq cavablar axtarmaq istəyirlər. Bir neçə gün əvvəl məndən artıq bu barədə soruşmuşdular. İraqdan, Liviyadan və indi də Əfqanıstandan sonra bir dərs çıxarılmalıdır. Başqasının dəyərlər sistemini tətbiq etmək cəhdləri çox təhlükəlidir”, - deyə S. Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR