Lavrov Avropa ölkələrini Rusiya peyvəndi ilə bağlı məsələni siyasiləşdirməməyə çağırıb

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 13 sentyabr 2021 15:55 (UTC +04:00)

Moskva ümid edir ki, Avropa ölkələri koronavirusa qarşı Rusiya peyvəndi ilə bağlı məsələnin siyasiləşdirilməsindən imtina edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov san-marinolu həmkarı ilə birgə mətbuat konfransında bildirib

“Əlbəttə, qərəz var. Lakin bizim Səhiyyə Nazirliyimiz, “Rospotrebnadzor”, alimlərimizin Avropa Dərmən Agentliyi ilə təmasları var. Biz bu təmasların maksimal dərəcədə peşəkar olmasına, siyasiləşdirilməməsinə tərəfdarıq”, - deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR