Lavrov: “BMT Təhlükəsizlik Şurası beşliyinin dünyanın taleyinə diktə etmək hüququ yoxdur”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 19 oktyabr 2021 15:17 (UTC +04:00)

“Asiya, Afrika və Latın Amerikası ölkələrinə BMT Təhlükəsizlik Şurasında (TŞ) yer ayrılmalıdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünyanın taleyini İkinci Dünya müharibəsinin qalibləri həll etməməlidir” bəyanatına münasibət bildirərkən deyib.

“Mən onunla razıyam ki, BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə yer ayrılmalıdır. Qərb ölkələri üçün isə Təhlükəsizlik Şuranda daha yer ayrılmamalıdır. BMT TŞ-nin beşliyinin dünyanın taleyinə diktə etmək hüququ yoxdur. Beşlik buna iddia da etmir”, - S. Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR