Lavrov Əfqanıstandakı vəziyyəti çöküş adlandırıb

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 17 avqust 2021 15:08 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO-nun Əfqanıstandan çıxmasından sonrakı vəziyyəti çöküş adlandırıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Kant adına Baltik Federal Universitetində çıxışında Rusiya XİN başçısı ölkəsinin və Avropa İttifaqının müxtəlif məsələlərlə bağlı birgə işləmə tələbatının olduğunu qeyd edib.

"Dünyadakı mövcud çoxsaylı regional böhranların və münaqişələrin həllinə kömək etmək üçün birgə işlərə ehtiyac var. Bu, Birləşmiş Ştatların tələsik çıxmasından sonra Əfqanıstanda vəziyyətin çöküş həddinə çatması fonunda özünü çox parlaq şəkildə biruzə verdi”, - deyə Lavrov Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən sonra vəziyyəti şərh edərkən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR