Lavrov İdlibdə Rusiya-Türkiyə razılaşmasının həyata keçirilməsi üçün təkid etdiklərini bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 04 oktyabr 2021 16:22 (UTC +04:00)

“İdlibdə de-eskalasiya zonasında terror təhlükəsi qalır. Hətta deyərdim ki, daha da güclənir. Biz bu gün bu barədə narahatlığımızı bildirdik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Terrorçu qruplar həmin zonada Suriya ordusunun mövqeyinə hücum etməyə davam edirlər. Üstəlik regiondakı Rusiya kontingentinə qarşı fəaliyyət göstərməyə cəhd edirlər. Ona görə də, Rusiya Vladimir Putin və Ərdoğan arasında İdliblə bağlı razılaşmanın tam şəkildə həyata keçirilməsinin vacibliyini birmənalı şəkildə təsdiq edir. Bu razılaşmada terrorçuları təcrid etmək, yekun məqsədlə bu terrorçu qrupları məhv etmək qeyd olunub. Biz məhz bu cür yanaşmaya əsaslanırıq. Bu nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşı olar. Praktik fəaliyyətdə İdliblə bağlı razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün təkid edirik. O ki qaldı Suriyada xarici silahlı qüvvələrin mövcudluğuna, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi var, həmin qətnaməni heç kəs ləğv etməyib. Bu qətnamədə Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü dəqiq təsdiqlənib. Bu qətnaməyə müvafiq olaraq Suriyanın qanuni hökuməti tərəfindən dəvət olunan xarici ölkənin silahlı qüvvələrinin bu ölkənin ərazisində olmaları qanuni hesab olunur. Mən Türkiyə Prezidenti Ərdoğanın bəyanatına üstünlük verirəm. Ərdoğan dəfələrlə bəyan edib ki, Suriya Ərəb Respublikası müstəqil dövlətdir və Türkiyə tərəfindən Suriyanın suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət olunacaq”, - Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR