Lavrov: "Moskva Rusiya-ABŞ dialoqunda yeni mərhələyə başlamağa hazırdır"

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 24 may 2021 13:43 (UTC +04:00)

Moskva Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilənin (START III) müddətinin uzadılmasını alqışlayır və strateji sabitliklə bağlı Rusiya-ABŞ dialoqunda yeni bir mərhələyə başlamağa hazırdır.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

Rusiya XİN başçısının sözlərinə görə, ABŞ administrasiyasının START III-ün ilkin şərtlər olmadan müddətinin uzadılmasına razılaşması təqdirəlayiqdir. O vurğulayıb ki, sözügedən müqavilənin uzadılması hər iki tərəfin və bütün beynəlxalq cəmiyyətin təhlükəsizlik maraqlarına tam cavab verir.

S. Lavrov ABŞ və Rusiya arasında dialoqun necə inkişaf etdirilə biləcəyi barədə isə danışmayıb: “Hadisələrin necə inkişaf edəcəyini təxmin edə bilməyəcəyəm, lakin bizə aydın olan budur ki, indiki çətin şərtlərdə strateji sabitlik sahəsindəki vəziyyəti düzəltmək üçün birgə addımların atılmasına böyük ehtiyac var. ABŞ-ın START III-ün müddətinin uzadılmasını başlanğıc nöqtəsi kimi qəbul etməsi və ikitərəfli strateji dialoqun yeni mərhələsinə başlamaq barədə razılığını qiymətləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR