Lavrov Putin və Baydenin müzakirə edəcəyi mövzulardan danışıb

Co Bayden və Vladimir Putin

© APA | Co Bayden və Vladimir Putin

# 24 may 2021 13:23 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden sammitdə müzakirə üçün mövzuları özləri müəyyən edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti amerikalı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərə və qlobal problemlərə baxmağa hazırdır.

“Putinlə Bayden arasında dialoq bərabərhüquqluluq, qarşılıqlı hörmət və hər iki tərəfin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanmalıdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR