Lavrov və Çavuşoğlu Belqradda görüşüb

Çavuşoğlu, Lavrov

© APA | Çavuşoğlu, Lavrov

# 11 oktyabr 2021 13:39 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın paytaxtı Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın Moskva müxbirinin TASS-a istinadən verdiyi xəbərə görə, görüş Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan iclas çərçivəsində baş tutub.

XİN rəhbərlərinin görüşü mediaya qapalı keçirilib.

M. Çavuşoğlu özünün “Twitter” səhifəsində bildirib ki, S. Lavrovla Türkiyə və Rusiya prezidentlərinin Soçidə müzakirə etdikləri mövzular barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR