Leonid Kalaşnikov və Leonid Slutski yenidən Dövlət Dumasının komitə sədrləri seçilib

Leonid Kalaşnikov, Leonid Slutski

© APA | Leonid Kalaşnikov, Leonid Slutski

# 12 oktyabr 2021 16:39 (UTC +04:00)

Rusiya Kommunist Partiyasının üzvü Leonid Kalaşnikov yenidən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri seçilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, VIII çağırış Dövlət Dumasının bu gün keçirilən birinci plenar iclasında Rusiya parlamentinin aşağı palatasının komitə sədrləri məlum olub.

VII çağırış Dövlət Dumasında MDB komitəsinə rəhbərlik edən Leonid Kalaşnikov növbəti müddətə bu komitəyə sədr seçilib.

Rusiya Liberal Demokrat Partiyasından olan deputat Leonid Slutski isə yenidən Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR