Levon Ter-Petrosyan: “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur”

Levon Ter-Petrosyan: “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur”

© APA | Levon Ter-Petrosyan

# 07 iyun 2021 17:59 (UTC +04:00)

“Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır”.

APA-nın “Sputnik Atmenia” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, praktiki olaraq ölkənin bütün siyasi partiyaları Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi olmadığını anlaya bilmir və insanlar hələ də gah Amerika, gah İran, gah da digər hansısa istiqamətlərə ümidlə baxmağa davan edirlər.

“Biz eyni səhvləri təkrarlasaq, bütün dünya üçün ən zavallı ölkəyə çevriləcəyik”, - deyə o vurğulayıb.

Eks-prezident bildirib ki, seçki ərəfəsində Ermənistanda hansı yolla olur-olsun, hakimiyyətə gəlmək istəyən iki qütb formalaşıb: “Hər iki tərəf böyük maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədinə çatmaq üçün istilən addımı atacaq. Bu situasiyanın yaratdığı təhlükələr haqqında danışmaq istəmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR