Litva Tixanovskayanı Belarusa təhvil verməkdən imtina edib

Litva Tixanovskayanı Belarusa təhvil verməkdən imtina edib
# 12 iyul 2021 00:35 (UTC +04:00)

Litva hakimiyyəti Belarus Baş Prokurorluğunun Svetlana Tixanovskayanın ekstradisiyası tələbinə rədd cavabı verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarusun Baş Prokuroru Andrey Şved bildirib.

Baş prokuror “Belarus 1” telekanalına açıqlamasında Litvanın vətəndaş Tixanovskayanın ekstradisiyasından imtina etməsini rəsmi şəkildə təsdiq edib. O, bu imtinanın heç bir hüquqi əsası olmadığını, barələrində cinayət işi qaldırılan şəxslərin Belarus ədalətinə təhvil verilməsi üçün bütün qanuni tədbirlər gördüklərini vurğulayıb: “Rusiyalı həmkarlarımızla bu istiqamətdə işlərin çox yaxşı nəticələrinə sahibik, buna görə onlara çox minnətdarıq. Hüquqi əsas varsa, bu cür şəxslər bizə qanun çərçivəsində təhvil verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR