Lukaşenko Ukrayna ilə sərhədin tam bağlanması barədə tapşırıq verib

Lukaşenko Ukrayna ilə sərhədin tam bağlanması barədə tapşırıq verib

© APA | Belarus Prezidenti Aleksandr Lukaşenko

# 03 iyul 2021 03:46 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədləri tam bağlamaq barədə tapşırıq verdiyini bildirib.

APA “BelTA” agentliyinə istinadən xəbər verir ki, prezident bunu bu ölkədən xeyli sayda silah daxil olması ilə əlaqələndirib.

“Ukraynadan Belarusa xeyli sayda silah gətirilir. Buna görə sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam bağlamağı tapşırdım”, - deyə agentlik Lukaşenkodan sitat gətirib.

Belarus Prezidentinin sözlərinə görə, ölkədə “yatmış” terrorçu hücrələri aşkar edilib və Almaniya, Ukrayna, ABŞ, Polşa və Litva da bunda iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR