Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində seçici aktivliyi 47,3% olub

Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində seçici aktivliyi 47,3% olub
# 02 oktyabr 2021 22:30 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda keçirilən yerli özünüidarəetmə seçkilərində seçici aktivliyi 47,3% təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə 22-ci Marneuli Dairə Seçki Komissiyasının sədri Ana İluridze bildirib.

Onun sözlərinə görə, Marneulidə təşkil olunan 91 seçki məntəqəsində gün ərzində 47 344 seçici öz hüququndan istifadə edib.

A.İluridzenin sözlərinə görə, səsvermə prosesi boyunca seçki məntəqələrindən daxil olan şikayətlər əsasən prosedur qaydalarının pozulması ilə əlaqədar olub və əksəriyyəti aradan qaldırılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə isə saat 20:00-da ölkə üzrə seçici aktivliyi 51,92% (1 815 767 seçici) təşkil edib, ümumilikdə 366 şikayət qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR