Moldova İstanbul Konvensiyasını ratifikasiya edib

Maya Sandu

© APA | Maya Sandu

# 20 oktyabr 2021 15:51 (UTC +04:00)

Moldova İstanbul Konvensiyasını ratifikasiya edib.

APA-nın xəbərinə görə, bu barədə Moldova Prezidenti Maya Sandu "Twitter"də bildirib.

“Moldovada qadınları daha yaxşı qorumaq, məişət zorakılığının qarşısını almaq və onunla mübarizə aparmaq, ictimai və özəl sahədə fundamental insan hüquqlarına hörmət edən bir cəmiyyət qurmaq üçün Moldova Respublikasının İstanbul Konvensiyasını ratifikasiya etməsini bildirməkdən məmnunam. Bu çoxdan edilməli idi”, - Moldova Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR