Moldova prezidenti Rusiyanı öz qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb

Moldova prezidenti Maya Sandu

© APA | Moldova prezidenti Maya Sandu

# 23 sentyabr 2021 04:48 (UTC +04:00)

Kişinyov Rusiya ordusunun Dnestryanıdan çıxarılmasında və Kolbasnadakı anbarlarda saxlanılan döyüş sursatlarının məhv edilməsində hələ də israr edir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu BMT Baş Assambleyasının növbəti sessiyasında çıxışı zamanı bildirib.

“Konstitusiya bitərəfliyi ruhunda bir daha demək istəyirəm ki, Rusiya hərbi qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu, bütün bölgə üçün ekoloji təhlükə olan Kolbasnadakı anbarlardan silah-sursatın çıxarılması və ya məhv edilməsinə də aiddir, beynəlxalq ictimaiyyətin dəstəyinə güvənirik”, - Sandu belə deyib.

O qeyd edib ki, Kişinyov Dnestryanı münaqişəsinin həllinin Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində yalnız sülh yolu ilə həll etmək niyyətindədir.

Qeyd edək ki, BMT Baş Assambleyası 2018-ci ilin iyununda Rusiyanı Dnestryanı bölgədən öz qoşunlarını çıxarmağa çağırıb, 64 dövlət bu qətnaməni dəstəkləyib, 14 dövlət əleyhinə çıxıb və digər 83 ölkə bitərəf qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR