Moskva yaxınlığında vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

Moskva yaxınlığında vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb
# 03 oktyabr 2021 21:42 (UTC +04:00)

Moskva şəhəri ətrafında kiçikmühərrikli “Robinson R-44” markalı vertolyot qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Federal təcili yardım xidməti məlumat yayıb.

Vertolyot Turaevskoe magistralının Lıtkarino rayonunun ərazisindən keçən hissəsinə düşüb. Vertolyotda olan 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR