Moskvada 4 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Moskvada 4 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
# 04 iyun 2021 08:22 (UTC +04:00)

Moskvada 2017-ci il təvəllüdlü uşaq valideyn nəzarətindən yayınaraq 7-ci mərtəbədən yıxılaraq ölüb.

APA Moskva Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyunun 3-ü axşam saatlarında paytaxtın şimal-şərqində baş verib.

4 yaşlı uşağın evin pəncərəsində yıxıldığı bildirilib.

Xatırladaq ki, son günlər azyaşlının ölümü ilə nəticələnən oxşar hadisə Moskvada qeydə alınan ikinci hadisədir. Bundan əvvəl paytaxtın cənubunda azyaşlı hündür mərtəbəli binanın eyvanından yıxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR