Moskvada COVID-19-a yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlanıb

Moskvada COVID-19-a yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlanıb
# 22 iyun 2021 17:13 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Moskva merinin müavini Anastasiya Rakova “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Əlbəttə ki, yoluxmada bu cür artımın hər zaman kompleks səbəbləri olur. Bu səbəblər vətəndaşların təhlükəsizlik qaydalarına diqqətsiz yanaşması, ilk növbədə qoruyucu tibbi maska taxmaması və vaksinasiyanın aşağı olmasıdır. Əlbəttə ki, səbəblərdən biri də bizə “Hindistan ştammı”nın gəlməsidir”, - deyə Moskva merinin müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR