Moskvada əmək miqrantlarının çatışmazlığı yaşanır

Moskvada əmək miqrantlarının çatışmazlığı yaşanır
# 13 sentyabr 2021 10:50 (UTC +04:00)

Rusiya paytaxtında tikinti sahəsində hələ də miqrant çatışmazlığı yaşanır. Hazırda Moskvanın təxminən 200 min əcnəbi işçiyə ehtiyacı var.

"APA-Economics"in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Moskvanın vitse-meri Vladimir Yefimova istinadən yazır.

"Ümid edirik, yaxın gələcəkdə ölkəyə giriş məhdudiyyətləri yumşaldılacaq", - deyə V. Yefimov bildirib.

Vitse-merin sözlərinə görə, şəhərdə əmək miqrantlarının çatışmazlığı işəgötürənlərin – ilk növbədə, tikinti şirkətlərinin – işçiləri bir-birindən təkrar cəlb edilməsinə səbəb olur. Bu səbəbdən xidmətlərin dəyəri artır.

Şəhərin rəsmisi əlavə edib ki, koronavirus pandemiyasından bir neçə il əvvəl Moskvada mənzil qiymətləri demək olar artmırdı: "Pandemiya fonunda mənzillərin qiyməti artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR