Moskvada fəhlə tikilməkdə olan binanın 19-cu mərtəbəsindən liftin şaxtasına yıxılıb

Moskvada fəhlə tikilməkdə olan binanın 19-cu mərtəbəsindən liftin şaxtasına yıxılıb
# 01 avqust 2021 01:20 (UTC +04:00)

Moskvanın qərb hissəsində 1992-ci il təvəllüdlü fəhlə inşa edilən hündürmərtəbəli binanın 19-cu mərtəbəsindən liftin şaxtasına yıxılaraq ölüb.

APA xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.

Hadisə Ozernaya küçəsindəki ünvanda baş verib.

Bildirilib ki, prokurorluq əməkdaşları tikinti zamanı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunmasını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR