Moskvada kəskin respirator virus infeksiyasına yoluxmuş şəxslərə özünütəcrid rejimi tətbiq olunub

Moskvada kəskin respirator virus infeksiyasına yoluxmuş şəxslərə özünütəcrid rejimi tətbiq olunub
# 02 iyul 2021 13:16 (UTC +04:00)

Rusiya paytaxtında kəskin respirator virus infeksiyasına (KRVİ) yoluxmuş şəxslərə özünütəcrid rejimi tətbiq olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva merinin müavini Anastasiya Rakova bildirib.

O, Moskvada KRVİ xəstələrinin özünütəcrid rejiminə riayət etməli olduğunu söyləyib: “Bugündən Moskvada bütün KRVİ hallarına potensial koronavirus kimi baxılır”.

Qeyd edək ki, iyun ayından başlayaraq Moskvada koronavirusa yoluxmada kəskin artım baş verib. Son sutka ərzində Moskvada 6893 nəfər COVID-19 virusuna yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR