Moskvada koronavirusa görə məhdudlaşdırıcı tədbirlər tətbiq olunub

Moskvada koronavirusa görə məhdudlaşdırıcı tədbirlər tətbiq olunub
# 12 iyun 2021 20:04 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxmada kəskin artım qeydə alındığına görə bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meri Sergey Sobyanin iyunun 15-dən etibarən 18-dək (18-i daxil olmaqla) qeyri-iş günləri elan edib. Bu müddət ərzində Moskvada əlavə məhdudlaşdırılmaların tətbiq olunacağı bildirilib.

Ayın 13-dən 20-dək restoran və klublara axşam saat 23-dən səhər saat 6-dək yerində xidmət göstərmək qadağan olunub.

Ticarət mərkəzlərindəki fud-kortlar və uşaq əyləncə mərkəzləri bu müddətdə bağlı qalacaq. Analoji olaraq şəhər parklarındakı istirahət və əyləncə obyektləri fəaliyyətini dayandıracaq.

Müəssisələrə işçilərin ən azı 30%-nin məsafədən işə keçirmələrə tövsiyə olunub.

Qeyd edək ki, Moskvada bir neçə gün bundan qabaq COVID-19-a yoluxma halları artmağa başlayıb. Ötən sutka ərzində 6 701 nəfər koronavirusa yoluxub ki, bu göstərici 2020-ci ilin 26 dekabrında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR