Moskvada mənzildə partlayış olub, ölənlər var

Moskvada mənzildə partlayış olub, ölənlər var
# 21 avqust 2021 22:47 (UTC +04:00)

Rusiya paytaxtının şimal-qərbində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, ölənlərdən ikisi yeniyetmədir, birinin 14, digərinin isə 12 yaşı var.

İlkin ehtimala görə, mənzildə hələlik növü müəyyən edilməyən partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra binada yanğın, çökmə və ya zədələnmə baş verməyib.

“Ehtimal olunur ki, mənzildə əldə hazırlanmış naməlum qurğu partlayıb, ancaq təlim qumbarası deyil”, - deyə fövqəladə hallar xidmətindəki mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR