Moskvada Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşü olub

Sergey Şoyqu və Vaqarşak Arutyunyan

© APA | Sergey Şoyqu və Vaqarşak Arutyunyan

# 28 may 2021 15:34 (UTC +04:00)

Bu gün Moskvada Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla görüşüb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.

Rusiya müdafiə naziri Sergey Şoyqu görüşdən əvvəl açıqlamasında bildirib ki, tərəflər Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi ilə əlaqədar regional təhlükəsizlik məsələlərinə, həmçinin hazırda mövcud olan bütün ciddi məsələlərə dair müzakirə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR