Moskvada Talibanın iştirakı ilə Əfqanıstana dair məsləhətləşmələr keçirilib

Moskvada Talibanın iştirakı ilə Əfqanıstana dair məsləhətləşmələr keçirilib
# 20 oktyabr 2021 14:41 (UTC +04:00)

Əfqanıstanla bağlı Moskva formatının iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, çoxtərəfli məsləhətləşmələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Əfqanıstandakı Taliban hökumətinin baş nazirinin müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də regionun on ölkəsindən nümayəndələr iştirak edib.

Görüşdə Rusiya XiN başçısı çıxış edib.

Məsləhətləşmələrdə Əfqanıstan probleminin həlli yolları müzakirə olunub.

Qeyd edək ki, görüşə Rusiya və Talibanla yanaşı, Qazaxıstan, Tacikistan, İran, Pakistan, Çin, Türkmənistan, Hindistan, Qırğızıstan, Özbəkistandan olan nümayəndə heyətləri də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR