Müstəqillik qazanandan 1,7 milyon insan Ermənistanı tərk edib

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 14 iyun 2021 10:17 (UTC +04:00)

30 illik müstəqillik dövründə Ermənistandan 1,6-1,7 milyon insan emiqrasiya edib.

APA-nın məlumatına görə, bu barədə “Sputnik Armenia” agentliyinə bildirən İctimai Şuranın miqrasiya məsələləri üzrə komissiyasının rəhbəri Qaqik Yeqanyanın sözlərinə görə, bu göstərici ölkə əhalisinin 30%-ni təşkil edir.

Onlardan 1,1-1,2 milyon nəfəri Rusiyaya, 15 minə qədəri ABŞ-a, 120-150 min nəfəri Avropaya, qalanları isə MDB dövlətləri və Zelandiyadan tutmuş İsrailə qədər müxtəlif ölkələrə mühacirət edib.

Onun sözlərinə görə, ən kütləvi emiqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. Bu 3 il ərzində Ermənistanı 600 min nəfər (ölkə əhalisinin 16%-i) tərk edib.

2020-ci il 1 yanvara olan rəsmi statistikaya görə, hazırda Ermənistan əhalisinin sayı 2 961 900 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR