Mütəxəssis: “Peyvəndləmənin genişləndirilməsi ehtimal edilən yeni koronavirus ştammlarını azaldacaq”

Mütəxəssis: “Peyvəndləmənin genişləndirilməsi ehtimal edilən yeni koronavirus ştammlarını azaldacaq”
# 22 iyul 2021 05:10 (UTC +04:00)

“Koronavirusa qarşı yüksək peyvəndləmə ehtimal edilən yeni virus ştammlarının azalmasına səbəb olacaq”

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Vektor" mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Semyonov Ümumdünya Səhiyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Tokiodakı çıxışını şərh edərkən deyib.

“Əlbətdə ki, ÜST rəhbərinin açıqlaması tamamilə düzgündür, nə qədər çox koronavirusa qarşı peyvəndləmə vurularsa, yaranacaq yeni ştammların gec-tez aradan qalxması ehtimalı daha yüksəkdir”, deyə mütəxəssis əlavə edib.

Onuun sözlərinə görə, haqqında danışılan ştammlar yalnız koronavirusla bağlı deyil, bütün digər viruslar üçün də xarakterikdir: “Elmi ədəbiyyatda deyildiyi kimi, müşahidə olunan ştammların mövcudluğu normal, təbii bir prosesdir. Bu səbəbdən əhali nə qədər tez peyvəndlənərsə, epidemiya nə qədər tez dayanarsa, koronavirusun təkamül prosesi o qədər tez bitər”.

Xatırladaq ki, ötən gün ÜST-ün Baş direktoru Tedros Qebreyesus Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci iclasında çıxışı zamanı bildirib ki, vaxtında tədbirlər görülməzsə, daha təhlükəli potensial ştammlarla üzləşəcəyik: “Dünyanın öhdəsindən gələ bilməyəcəyi bir sınaq qarşısındayıq. Burda çıxışım zamanı artıq COVID-19-dan yüz nəfər ölür.  8 avqustda Olimpiya alovu sönənə qədər dünyada yüz mindən çox insan koronavirusdan öləcək”.

Qebreyesus əminliklə vurğulayıb ki, dünyanın güclü iqtisadiyyata malik ölkələri peyvəndin digər imkansız ölkələrə paylanmasını təmin etsə, bərabər istehsalını stimullaşdırsalar, pandemiya nəzarət altına alına bilər.

Onun sözlərinə görə, 2022-ci ilin ortalarına qədər bütün ölkələrin sakinlərinin 70 faizinin peyvəndlənməsi pandemiyanı dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR