Özbəkistanda 3 nəfər torpaq uçqunu altında qalaraq ölüb

Özbəkistanda 3 nəfər torpaq uçqunu altında qalaraq ölüb
# 10 iyun 2021 11:36 (UTC +04:00)

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında torpaq uçqunu olub.

APA-nın Muxtar Respublikanın Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə su kəməri inşa olunan zaman baş verib.

Nəticədə üç nəfər həyatını itirib, bir nəfər isə uçqun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Torpaq uçqunu altında qalanların 1990, 2006, 2007-ci illər təvəllüdlü olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR