Pandemiya başlayandan Moskvada ötən sutkada COVID-19-dan ən çox ölüm halı qeydə alınıb

Pandemiya başlayandan Moskvada ötən sutkada COVID-19-dan ən çox ölüm halı qeydə alınıb
# 25 iyun 2021 15:09 (UTC +04:00)

Koronavirus pandemiyası başlayandan bəri Rusiya paytaxtında ötən sutkada COVID-19-dan ən çox ölüm hadisəsi qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvada ötən sutka ərzində koronavirusdan 98 nəfər həyatını itirib.

Ümumilikdə, Moskvada koronavirusdan ölənlərin sayı 21 876 nəfərə çatıb.

Ötən sutka ərzində 7916 nəfərin koronavirusa yoluxduğu bildirilib. Moskvada aktiv xəstə sayı 166 301 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR