Pandemiyaya görə Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək iş olmayacaq

Vladimir Putin

© APA | Vladimir Putin

# 20 oktyabr 2021 16:13 (UTC +04:00)

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan edilib.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusla bağlı vəziyyətə dair hökumətin onlayn formatda iclasında bildirib.

Putin pandemiyaya görə əmək haqqı saxlanılmaqla bir həftə qeyri-iş günü elan edilməsi təklifini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR