Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

© APA | Nikol Paşinyan

# 02 avqust 2021 11:58 (UTC +04:00)

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, fraksiyanın katibi Nazeli Baqdasaryan parlament çoxluğunun qərarını özünün “Facebook” səhifəsində paylaşıb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi yubanmadan Baş nazir vəzifəsinə təsdiqləyir.

Qeyd edək ki, yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR