Paşinyanın "Facebook"da təhqir edilməsi ilə bağlı cinayət işi başlanılıb

Ermənistanın baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın baş naziri Nikol Paşinyan

# 23 sentyabr 2021 08:44 (UTC +04:00)

Ermənistanda baş nazir Nikol Paşinyanın “Facebook” səhifəsindəki fotoşəkli altında təhqiredici şərh yazılması ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.

“137.1-ci maddə ilə - “İctimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək” maddəsi ilə cinayət işi başlanılıb. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook”dakı şəklinin altında təhqir dolu rəy yazılması ilə bağlıdır”, - məlumatda belə deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şərhi yazan şəxsi müəyyən etmək üçün tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR