Paşinyanın hökuməti təkbaşına qura bilməsi üçün 0.08% səsi çatmayıb

Paşinyanın hökuməti təkbaşına qura bilməsi üçün 0.08% səsi çatmayıb
# 21 iyun 2021 10:26 (UTC +04:00)

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək.

APA-nın məlumatına görə, bunun üçün onun 0.08% seçici səsi çatmayıb.

“Vətəndaş müqaviləsi” partiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində seçicilərin 53,92% səsini qazanıb.

Hökuməti təkbaşına qura bilmək üçün isə 54% səs toplamaq tələb olunur.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, N. Paşinyanın əsas rəqibi olan eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04% seçici səsi ala bilib.  

“Vətəndaş müqaviləsi” partiyası və “Ermənistan” blokundan başqa eks-prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Mənim şərəfim var” bloku da parlemtenə keçib.

“Mənim şərəfim var” bloku 5,23% səs toplamasına və siyasi blokların parlamentə düşmək üçün 7%-lik həddi keçə bilməməsinə baxmayaraq, parlamentdə təmsil olunacaq. Belə ki, Konstitusiyaya görə, qanunverici orqanda ən az 3 siyasi qüvvə təmsil olunmalıdır. 

Seçkiyə ümumilikdə 21 partiya, 4 blok qatılıb.

Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

MSK-nın məlumatına görə, seçici fəallığı 49,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR