Peskov pandemiyanın bitmə vaxtı ilə bağlı fikirlərini bölüşüb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 10 sentyabr 2021 05:10 (UTC +04:00)

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan azad olaraq sərbəst nəfəs almanın mümkün olacağı günün uzaqda olmadığını deyib, lakin bunun tezliklə baş verəcəyini düşünmür.

APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Düşünürəm ki, dünyada hər kəs normal ünsiyyət üçün darıxıb, əvvəlki vəziyyət tamamilə geri dönə bilməz, lakin məncə, bu, tədricən baş verəcək”, deyə Peskov vurğulayıb.

O, eyni zamanda, insanların koronavirusdan yaxa qurtararaq sərbəst nəfəs alacağı gününü mütləq gələcəyinə ümid etdiyini sözlərinə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR