Putin Çində nüvə obyektlərinin təməlqoyma mərasiminə qatılacaq

Vladimir Putin

© APA | Vladimir Putin

# 18 may 2021 11:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çində yeni nüvə obyektlərinin təməlqoyma mərasimində iştirak edəcəklər.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin və Si Cinpin mayın 19-da Çində “Tyanvan” Atom Elektrik Stansiyasının (AES) və “Syuydapu” AES-in Rusiya dizaynlı yeni enerji blokunun inşasına başlanması münasibəti ilə keçiriləcək təntənəli mərasimə qatılacaqlar.

Dövlət başçılarının mərasimə videokonfrans vasitəsilə qatılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR